main-post-cover

    Samsung naqilsiz qulaqlıqlar təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung 1 daşla iki quş vurmaq niyyətindədir. Yəni şirkət naqilsiz qulaqlıqlara öz yeni konseptində yer verəcək. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Samsung yeni ildə Samsung S8 modelini və onunla birgə bir sıra yeni telefonları istifadəçilərə təqdim edəcək. Amma şirkətin yeganə yeniliyi bundan ibarət olmayacaq. Belə ki, Samsung AirPods konseptinə uyğun yeni naqilsiz qulaqlıqlar da təqdim edəcək. Hansı ki, rahatlıqla bluethooth vasitəsilə işləməyə imkan verəcək. Yeni telefonlar naqilsiz olsa da ölçülərinin 3.5mm olaraq saxlanılması gözlənilir.
     
    Şirkət hələ ki, bununla bağlı rəsmi açıqlama etməsə də hər kəsi maraqlandıran bir digər nüans bu qulaqlıqların Samsung S8 modeli ilə birgə satılıb-satılmamasıdır.
    Apple, AirPods qulaqlıqları gec satışa çıxmasına baxmayaraq çox böyük rəğbət gördü. Samsung da bu baxımdan bazarda öz yerini saxlamaq üçün bu yeniliyi öz cihazlarında istifadə etmək istəyir.
    Samsung-un yeni telefonları və qulaqlıqları ilə 2017-ci ildə təşkil olunacaq MWC mərasimində tanış olmaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər