main-post-cover

    "Samsung", Note 7 istifadəçilərinə xüsusi endirim edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung" şirkəti Galaxy Note 7 hadisələrini unutdurmaq üçün yeni kompaniyaya start vermək niyyətindədir. Bu haqda Koreyanın xəbər agentliklərindən biri məlumat paylaşıb.

    "Samsung" ikinci dəfə Note 7 modellərini dəyişdikdən sonra yenidən yaşanan partlama xəbərləri şirkətin bu model telefonların istehsalını dayandırmağa məcbur etdi.
    Koreya xəbər saytının verdiyi məlumata görə, "Samsung", Note 7 alıcılarının yaşadığı məyusluğu aradan qaldırmaq üçün yeni çıxaracağı Samsung S8 modelində endirim tətbiq edəcək. Note 7 istifadəçilərinə fevralda təqdim olunması gözlənilən S8 modeli üçün nə qədər endirim olunacağı haqda hələ ki, məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər