main-post-cover

    "Samsung" Note brendindən imtina edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung Electronics” şirkətinin rəhbərləri Note 7 brendindən tamamilə imtina etməyi planlaşdırırlar.

    Bu barədə TASS informasiya agentliyi öz anonim mənbələrinə istinadən xəbər verib. Başa düşmək çətin deyil ki, Note brendindən imtinanın əsas səbəbi Galaxy Note 7 cihazlarının uğursuz aqibətidir. Sorğular göstərdi ki, alıcıların 50%-i sözügedən smartfon barəsində neqativ düşünür. Bu halda ən məqsədəuyğun qərar Note brendini tamamilə bağlamaqdır. Bununla belə Galaxy-nin flaqman seriyasının adlandırma sxemi dəyişməz olaraq qalacaq. Belə ki, rebrendinq çox baha baş gələcək. 2 Sentyabr tarixində şirkət Galaxy Note 7 smartfonlarının problemli olduqlarını təsdiq etdi və araşdırma müddətində bu smartfonların satışlarını dayandırılması ilə birlikdə yeniləri ilə əvəz olunması haqqında bəyanat bildirmişdi. Keyfiyyətsiz Glaxy Note 7-lərin geri çağırılması "Samsung”a baha baş gəldi. Şirkətin verdiyi məlumata əsasən bu hadisə nəticəsində artıq o, 17 milyard dollar vəsait itirmişdir. Şirkət hələki rəsmi olaraq təsdiq etməsə də onun təmsilçiləri artıq jurnalistlərə Note 7-nin istehsalının həmişəlik dayandırıldığını bildirirlər.
    Linki kopyala