main-post-cover

    "Samsung" nümayəndələri çinli istifadəçilərdən üzr istədilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xatırlayırsınızsa bir müddət əvvəl "Samsung”un rəhbəri media qarşısına çıxaraq Galaxy Note 7 cihazlarına görə bütün dünyadan üzr istəmişdi. Bu dəfə isə "Samsung” işçiləri təşkil olunan bir tədbirdə diz çökərək müştərilərdən üzr istəyiblər

    Galaxy Note 7 həm "Samsung”, həm də texnologiya aləmində ən böyük səs gətirən telefonlardan oldu. Təəssüf ki, bu cihaz daha çox mənfi mənada Samsung tarixinə daxil oldu. Galaxy Note 7 modellərinin təkrar istehsalından sonra yenidən problemlərə səbəb olması şirkətin nüfuzuna ciddi ziyan vurdu. Beləki, vəziyyət belə olduqda şirkətin direktorundan sonra indi də onun nümayəndələri Çində təşkil olunmuş tədbirdə iştirak edərək diz çökərək istifadəçilərdən üzr istəyib və yaşanan hadisələrə görə çox təəssüf hissi yaşadıqlarını dilə gətiriblər. Şirkət nümayəndələrinin belə diz çökərək üzr istəməsi Çin adət-ənənələrinə görə hörmət əlaməti hesab olunduğundan bəzi istifadəçilər tərəfindən mənfi qarşılanıb. Beləki, ənənələrin xaricində edilən bu hərəkət özlərini əhv etdirmək adına edilməsi heç də xoş qarşılanmayıb.

    Ümid edirik ki, Samsung şirkəti bir daha belə vəziyyətlə qarşı-qarşıya qalmaz.
    Linki kopyala