main-post-cover

    “Samsung”, Patent istifadəsinə görə “Apple”a 120 Milyon dollar ödəyəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” və "Samsung” arasındakı patent mübahisəsi "Samsung”un məhkəmədən 120 milyon dollar cəza alması ilə nəticələnmişdi. "Samsung” ikinci dəfə məhkəmə prosesini uzatma istəyi qəbul edilmədi.

    Smartfon sektorunun iki lider şirkəti "Samsung” və "Apple” arasında patent mübahisələrinə tez-tez şahid oluruq. Uzun müddətdir davam edən məhkəmə prosesi "Samsung”un "Apple”a aid patentlərdən qanunsuz istifadə etməsi səbəbi ilə "Samsung”un 2 milyard dollara yaxın pul cəzası alması ilə nəticələnmiş ancaq pulu ödəməmək üçün məhkəməniəks şikayətlə ertələmək haqqını istifadə etmişdi.
    Məhkəmə ilk əks şikayətdən sonra "Samsung”un pul cəzasını 119.6 milyon dollaradüşürtmüşdü ancaq "Samsung”, ikinci dəfə əks şikayət haqqını istifadə etdi. Məhkəmə isə "Samsung”un ikinci tələbini rədd etdi. İndi isə ortaya çıxan vəziyyət "Samsung”un "Apple” təxminən 120 milyon dollar təzminat ödəyəcəyini göstərir. Bu pul hər iki şirkət üçün böyük olmasa da "Samsung” bu vəziyyəti qürur məsələsi halına gətirib.

    "Samsung”un başqa çıxış yolu yoxdur mu?

    Hazırda "Samsung”un "Apple”a təxminən 120 milyon dollarlıq ödəmə edəcəyi düşünülsə də "Samsung”un qarşısında hələ də bir çıxış yolu var. "Samsung” verilən son qərara etiraz etmək üçün ABŞ Ali Məhkəməsinə bu mövzunu daşıya bilər ya da cəzanı qəbul edərək "Apple”a ödəməni reallaşdıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər