main-post-cover

    Samsung planşetinin partlaması nəticəsində təyyarə təcili eniş edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkətinin portativ cihazları partlamaqda davam edir.

    Partlamış Galaxy Tab S2
    "Delta Airlines” aviaşirkətinin təyyarəsi Samsung markalı planşetin alışması nəticəsində Mançester-də təcili eniş edib. Təyyarə Detroyt-Amsterdam uçuşunu həyata keçirdirdi. Uçuş zamanı sərnişinlərdən biri öz Galaxy Tab S2 planşetini oturacağın arxa hissəsinə düşürüb. Sərnişin oturacağın arxa hissəsini qaldıraraq planşeti götürmək istəyən zaman planşet əyilərək qızmağa başlayıb və nəticədə yanıb. Yanğın vaxtında söndürülsə də pilotlar təyyarənin daxilində cihaz yanğısı hadisəsini xəbər alaraq təyyarənin Mançester-də təcili eniş qərarını alıblar. Təyyarədəki həmin oturacağı yenisi ilə əvəz ediblər. Yanmış cihazı isə sahibinə qaytarıblar. Təcili enişdən iki saat sonra təyyarə Amsterdam-a yenidən yola düşüb. Bu hadisə cihazda olan problemlə deyil, sərnişinin öz səhvi ucbatından baş verib. Lakin Galaxy Note 7 hələ də geri cağırılır və onun yeni tirajdan olan cihazlarla əvəz olunma prosesi gedir. Buna baxmayaraq zəmanət yoxdur ki, yeni təhlükəsiz cihaz da partlamayacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər