"Samsung" rəsmi olaraq Galaxy A (2017) seriyasını təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Samsung” şirkəti rəsmi olaraq yenilənmiş Galaxy A (2017) seriyasını təqdim etdi.
Təqdim olunmuş smartfonlar, şirkətin keçmiş flaqman
cihazlarının dizaynlarını özlərində birləşdiriblər. Yeni smartfonların
korpusları metal və şüşədən hazırlanmışdır və IP68 standartlı sudan qorunma
xüsusiyyətinə sahibdirlər. Beləliklə cihazları 1 m dərinlikdə yarım saat ərzində
suda saxlamaq olar. Galaxy A7, 5.7 inç Super AMOLED ekran, 8 nüvəli Exynos
7880, prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3600 mAh enerji tutumlu
batareya, 16 MP arxa və 16 MP ön kamera ilə təchiz olunmuşdur. Galaxy A5 modeli,
5.2 inç Super AMOLED ekrana sahibdir. Texniki göstəricilərinə görə A5, A7 ilə
eynidir. Aralarında olan bir fərq isə A5-in 3000 mAh enerji tutumlu batareya
sahib olmasıdır. Galaxy A3 isə 4.7 inç ekran, 8 nüvəli Exynos 7880 prosessoru,
2 GB RAM, 16 GB daxili yaddaş, 2350 mAh enerji tutumlu batareya, 13 MP arxa və
8 MP ön kamera ilə təchiz olunmuşdur. Hər 3 smartfon USB-C girişinə və barmaq izi
skanına sahibdir. Bundan əlavə onların üçü də microSD özəlliyinə sahibdir.
Sözügedən smartfonlar artıq bu ayın əvvəlindən Rusiya bazarında satılmağa
başlayıb. Daha sonra smartfonlar Avropanın digər bazarlarında da təqdim
olunacaq. Onların Rusiya bazarındakı qiymətlərini sizlərə təqdim edirik. Galaxy
A3, 407$ qiymətinə, A5, 489$ qiymətinə, A7 isə 570$ qiymətinə satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)