main-post-cover

    Samsung S7 və S7 Edge istifadəçiləri üçün yeni funksiya təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung yeni təqdim etdiyi yenilənmə ilə Note 7-də yer alan always on display xüsusiyyətini S7 və S7 Edge modellərinə gətirir

    "Samsung" yaşanan son bədbəxt hadisələrdən sonra S7S 7 Edge modellərinə olan dəstəyini daha da artırmaq niyyətindədir. Belə ki, bildiyiniz kimi Samsung Galaxy Note 7 modeli bir sıra xüsusiyyətləri ilə digər modellərdən daha üstün hesab olunurdu. Bu yeniliklərdən biri də always on display funksiyası idi. Belə ki, artıq bu xüsusiyyəti S7 və S7 Edge istifadəçiləri də rahatlıqla istifadə edə biləcəklər.
     
    Note 7 seriyasının əsas fərqlərindən biri də qələmlə idarə olunan xüsusiyyətlərə malik olması idi. Bundan əlavə bildirməliyik ki, "Samsung"un özünün e-mail tətbiqinin bildirişlərinin işləməməsi bir qədər sıxıntı yaradır. Amma buna baxmayaraq, S7 seriyasına yenilənmənin gəlməsi həm bu model telefonların istifadəçilərini, həm də Note 7-ni dəyişib S7 və S7 Edge modellərinə müraciət edənlər üçün müsbət haldır.
    Ümid edirik ki, Samsung şirkəti tez bir zamanda Note 7 ilə bağlı yaşanmış sıxıntıları unutdura biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər