main-post-cover

    Samsung S8 haqqında ilkin məlumatlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Galaxy S8 hələ tanıdılmasa da telefon haqda məlumatlar artıq gəlməyə başlayıb. "Samsung"un yeni amiral gəmi modeli Galaxy Note 7 hələ satışa çıxmamış, bir sonrakı model Galaxy S8 haqda məlumatlar diqqət çəkməyə başlayıb.
    Galaxy S8 cüt kamerayla gəlməyə hazırlaşır.
    Çinin sosial media platforması Weibo vasitəsilə yayımlanan son paylaşımlara görə Galaxy S8-də cüt kamera xüsusiyyəti yer alacaq. Hal-hazırda ölkəmizdə satışda olan LG G5 və Huawei P9 modellərində yer alan cüt kamera, iddialara görə ilk olaraq Galaxy S8 modelində istifadə olunacaq. Mobil cihazlar arasında xüsusi yer tutan cüt kamera "Apple"ın məhsulu olan iPhone 7 Plus-da təqdim olunacaq. Bir nömrəli rəqibi "Apple" qarşısında rəqabətdə geri qalmaq istəməyən "Samsung"un, Galaxy S8 modelində cüt kameradan istifadə etməsi təəccüb yaratmır. İddialara görə, Galaxy S8 modelində 12 və 13 MP arxa kameralar istifadə olunacaq. Ön kameranın isə 8 MP olması gözlənilir. Bu modeldə Iris oxuyucu istifadə olunması da gözlənilir. 4K Ultra HD ekran və 10 nm prosessor (Exynos 8895, Snapdragon 830) Galaxy S8-də önə çıxan digər xüsusiyyətlər olacaq.

    Linki kopyala