Samsung smartfonlarının istifadəsi üçün gizlənmiş Android kodları

1075

Əgər bir Samsung istifadəçisisinizsə, bu gizli kodlarla daha yaxşı bir Android təcrübəsi yaşaya bilərsiniz. 

İş Android əsaslı ağıllı telefon istifadəçilərinə gələndə iki kateqoriya var: Gündəlik istifadə üçün kifayət olan məlumata sahib olanlar və Android əməliyyat sisteminin kralları. İkinci kateqoriyanın üzvləri hələki sayca çox olmasalar da, istifadəçilərin təcrübələri artdıqca, bu statusa doğru əmin addımlarla irəliləyirlər. Ya sizə, gələcəkdə işinizə çox yaraya biləcək gizli qalmış Android kodları olduğunu desəydik? Əminik ki bu cür məlumatlar çoxunuzun marağını çəkərdi. Ancaq bunu da vurğulamaqda fayda görürük ki, sözügedən kodlar sadəcə Android Ə/S-li Samsung telefonlarında işləyirlər.



Kodları istifadə edərək Samsung marka ağıllı telefonunuzun istər təchizatı, istərsə proqram təminatı haqqında faydalı məlumatlar əldə edə bilərsiniz. Bu kodları istifadə etmək çox asandır. Etməli olduğunuz tək şey, nömrə və simvolları daxil etməkdir. Yenə də bu kodları istifadə etməkdən çəkinirsinizsə, seçim sizindir:

 

Bluetooth adresini təyin etmək - *#*#232337#*#

Proqram təminatı versiyası və yenilənməsi - *#*#44336#*#*

Təchizat versiyası- *#*#2222#*#*

Kamera məlumatı *#*# 34971539#*#*

Bundan sonrakı kodlar isə test funksiyalarına aiddir:

Bluetooth testi– *#*#232331#*#*

WiFi testi– *#*#232339#*#*

Yaxınlıq sensoru testi–*#*#0588#*#*

GPS testi– *#*#1575#*#*

Sensorekran testi -*#*#2664#*#*