main-post-cover

    Samsung, süni zəka sektorunda liderliyə namizəddir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung haqqında maraqlı xəbərlər gəlməyə davam edir. Bu dəfə də firmanın süni zəka üzərində işləyən şirkətləri satın almağı planlaşdırdığı və bunun üçün 1 milyard dollar büdcə ayırdığı bildirildi.

    Samsung süni zəka sektorunda lider olmaq istəyir!

    Samsung-un süni zəka mövzusundakı işlərə Bixby adını verdiyi şəxsi assistent ilə başladığını xatırladaq. Ancaq şirkət, indi daha böyük hədəflərin arxasınca gedir və görünüşə görə süni zəka sahəsində işlər görən bəzi şirkətləri satın almağı planlaşdırır.

    2016-cı ildə Samsung, Siri-nin yaradıcıları tərəfindən qurulan Viv Labs və Harman International kimi vacib adların da içərisində yer aldığı tam 10 böyük firmanı satın almağı bacardı. Bununla kifayətlənməyən Seul mərkəzli şirkətin daha hansı firmaları satın almağı planlaşdırdığı məlum deyil.
    Xatırlayacağınız kimi 2005-ci ildə Android əməliyyat sistemi Google tərəfindən satın alınmışdı. Google-un satın alma əməliyyatının əvvəlində, Samsung Android əməliyyat sistemini satın almaq üçün cəhdləri olmuş ancaq buna baxmayaraq firmanın bütün cəhdləri uğursuz olmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər