main-post-cover

    "Samsung" təqdim edəcəyi səsli asistant haqda rəsmi məlumat paylaşdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddət əvvəl sizlərə "Samsung"un yeni səsli asistantı olan Bixby xidməti haqda məlumat vermişdik. Artıq Samsung şirkəti bu yeniliklə bağlı rəsmi açıqlama verib.

    Belə ki, şirkət bu sahədə yenilik olacaq açıq platformaya sahib süni zəka üzərində çalışdığını açıqlayıb. Hətta şirkətin rəhbəri In-jonq bu mövzuda yeni səsli asistantın sahib olduğu xüsusiyyətlərdən də danışıb.

    Şirkətin rəhbərinin sözlərinə görə yeni səsli asistant bir çox ehtiyacları qarşılamaq üçün lazım olan ayrı-ayrı tətbiqləri öz daxilində əks etdirəcək. Yəni süni zəka vasitəsilə siz bir çox ehtiyac duyduğunuz işləri bir arada həll edə biləcəksiniz. Məsələn, kofe və ya pizza sifariş vermək istəyənlər bu işi sadəcə səsli asistant Bixby köməyilə həll edə biləcəklər. Yeni səsli asistant sizin işinizi asanlaşdırmaqla vaxta qənaət etməyə yardımçı olacaq.
    "Samsung”un Galaxy S8 ilə tanıdacağı xüsusi süni zəka bir çoxları tərəfindən maraqla qarşılanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər