main-post-cover

    Samsung-un 2017 model A5 telefonu haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung yeni ildən etibarən yeni telefonlar tanıtmağa hazırlaşır. Bu dəfə Galaxy A seriyasına məxsus 2017 model Galaxy A5 telefonunun məlumatı mediyaya sızdırılıb.

    Samsung-un 2017-ci ildə istifadəçilərə təqdim etməyə hazırlaşdığı yeni Galaxy A5 modeli keçən ilki ilə müqayisədə daha yüksək standartlara malikdir. Yeni modelin 4 fərqli rəngə, yəni qara, qızılı, çəhrayı və mavi rənglərə sahib olacağı bildirilir.

    2017 model Samsung Galaxy A5 telefonunun texniki xüsusiyyətləri

    Bu modelin 5.2 inç Full HD Super AMOLED ekrana, 8 nüvəli, 1.8 GHz sürətlə işləyən Exynos 7880 çipsetə sahib olması gözlənilir. Bundan əlavə daha əvvəlki modellərdə 2 GB olan RAM yeni modeldə 3 GB-a yüksəldilib. Yeni modelin 32 GB daxili yaddaşı, 3000 mAh batareyası, 16 MP-li kamerasının olması gözlənilir.
     
    Ağıllı telefonda barmaq izi sensoru da öz yerini alıb. Yeni modelin IP68 sertifikata malik olacağı da yer alan məlumatlar arasındadır. Bu isə onun suya, toza qarşı dayanıqlı olacağına işarədir. Yeni telefon yanvarda baş tutacaq CES 2017 tədbirində tanıdılacaq. Modelin qiymətinin isə təqribən 390 dollar olması gözlənilir. Qiymət heç də orta büdcə üçün ucuz olmasa da telefonun sahib olduğu xüsusiyyətlər kifayət qədər normaldır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər