main-post-cover

    Samsung-un 2017 model J7 telefonu haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung yeni ildən etibarən bir neçə telefon tanıdacaq. Bunlardan biri də Galaxy J seriyasına məxsus 2017 model Galaxy J7 telefonudur.

    Xatırladaq ki, bir müddət əvvəl Samsung-un yeni üstün səviyyə telefon sayılan Galaxy S8 haqda məlumat paylaşmışdıq. Bu telefonun yüksək standartlara sahib olması gözlənilir. Bundan əlavə şirkət uyğun büdcə üçün nəzərdə tutulan telefonlar üzərində də işlər aparmaqdadır. Son illər Galaxy A və J seriyaları üzərində işlər aparan şirkət bu il də ənənəsinə sadiq qalaraq Galaxy J7 telefonunu tanıdacaq. Bu telefonun Galaxy S8 ilə müqayisədə daha ucuz olması gözlənilir.


    OnLeaks tərəfindən Samsung-un J7 telefonu haqqında məlumatlar sızdırılıb. Rəsmi olmayan məlumata görə Galaxy J7 telefonu şirkətin öz istehsalı olan Exynos prosessora, 3GB RAM32GB daxili yaddaşa sahib olacaq. Bundan əlavə telefonun 5.5 inçlik Full HD keyfiyyətli ekranının olması gözlənilir.
    Əslində bu telefonun bir qədər aşağı büdcə üçün nəzərdə tutulduğu vurğulansa da daşıdığı keyfiyyətləri heç də aşağı səviyyəli saymaq olmaz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər