main-post-cover

    Samsung-un patent istəyi növbəti qalmaqala səbəb ola bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung bu dəfə "Apple Watch"-un dizaynını patentləşdirmək istəyir? 

    ABŞ-ın Patentlər və ticarət markaları Bürosunda Samsung-un patentləşdirmək istədiyi və "ağıllı” Apple Watch yazısının olduğu patent müraciəti çox böyük marağa səbəb olub. Saatın sxematik təsvirləri -Seulda Apple dizaynlı saatları patentləşdirmək istədiklərinə dair şübhə yeri qoymur. Patent müraciətində "ağıllı” saatlarda kəmər hissəsi haqda açıqlama verilir. Burada vacib məqam yalnız şəkillər deyil. Daha çox saat üzərində məlum olmayan işarələrdir. Belə ki, illustrasiyalarda Apple Watch-un görüntüləri açıq-aydın özünü büruzə verir. Şəkillərdəki ekranın forması, kəməri, hətta korpusun digər tərəfindəki ürək formalı sensor bunu deməyə imkan verir. "Əkiz eskizlər-in olması Samsung mühəndislərinin ağıllı Apple Watch-dan ilham aldıqlarını deməyə imkan verir” - deyə Business Insider-in jurnalistləri bildirib. Qeyd edək ki, bir müddət əvvəl hətta patent oğurluğuna görə Apple Samsung-u məhkəməyə vermiş və bunun üçün bir çox tanınmış dizaynerlər də obyektiv qərarın çıxarılması üçün işə cəlb edilmişdi. Bunlar arasında Calvin Klein, Bentley, Louis Vuitton, Microsoft kimi şirkətlərinin nümayəndələri, Alexander Wang və hətta Lego şirkətinin mütəxəssisi də yer almaqda idi və onlar hamısı Apple-ın bu məsələdə haqlı olduğunu bildirmişdilər.






    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər