main-post-cover

    Samsung-un səsli asistantı Bixby, Siriyə güclü rəqib olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-un yeni səsli asistantı Bixby, Sirini geridə qoya bilər.

    Samsung, yeni ildən etibarən bir sıra telefon modelləri tanıdacaq. Amma bu modellərdən əlavə şirkət Siriyə rəqib olacaq Bixby adlı səsli asistantı da təqdim edəcək. Samsung Electronics-in director köməkçisi Rhee In-Jong, yeni səsli asistantın bir deyil, bir neçə funksiyanı birgə həyata keçirəcəyini açıqlayıb.
    Galaxy S8 ilə birlikdə S Voice-un yerini alacaq olan Bixby adlı yeni səsli asistantın cihazda qurulu olan bütün tətbiqləri istifadə edə biləcəyi irəli sürülən iddialar arasındadır.

    Yeni səsli asistantın sistemi bütünləşdirəcəyi bildirilir. Bixby, Samsung Galery tətbiqindən xüsusi kriteriyaya görə foto və videoları istəyə görə istifadəçiyə təqdim edə biləcək.
    Xatırladaq ki, Samsung bu il Viv-i almışdı və Viv-də yer alan bir sıra texnologiyanın Bixby-də olacağı da qeyd olunan məlumatlar arasındadır. Viv-i ortaya çıxaranlar isə Apple-ın 2010-cu ildə aldığı Siri tətbiqinin yaradıcılarıdır.
    Samsung yeni Galaxy S8Galaxy S8 Plus modellərini noyabrda Bixby adlı səsli asistantı ilə birgə təqdim edəcək.
    Yeni səsli asistantın necə olacağı isə hər kəsin diqqətini indidən cəlb edib.
    Linki kopyala