Samsung-un yeni Galaxy S8 Plus modeli haqqında məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung şirkəti yeni ildən etibarən bir neçə telefon tanıtımı etməyə hazırlaşır. Belə telefonlardan biri də Galaxy S8 Plus-dur.
Bir müddət əvvəl Samsung-un yeni ildən
etibarən bir neçə yeni telefon tanıdacağı haqda məlumat paylaşmışdıq. Bu dəfə
isə yeni bir məlumat Koreyaya məxsus MK News saytından gəldi. Sayt Samsung-un
Galaxy S8 Plus adlı yeni model satışa çıxaracağını bildirir.
Verilən məlumatda Galaxy S8 Plus-un Galaxy
S8 ilə birgə tanıdılacağı bildirilir. Bundan əlavə yeni modelin, Galaxy S8-dən
fərqli olaraq 6 inç və Quad HD ekrana sahib olacağı haqda məlumat verilir.
Yeni telefonlar haqda məlumatlar hər kəsin
marağını cəlb etsə də yenə də qeyd edək ki, bu məlumatlar rəsmi xarakter
daşımır. Yeni modellərlə istifadəçilər yeni ildən etibarən tanış ola biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)