"Samsung" yeni daha üstün qapaqlı telefonunu təqdim etməyə hazırlaşır

1649

Cənubi Koreyanın ağıllı telefon istehsalçılarından olan "Samsung" şirkəti, növbəti nömrəli modelini nümayiş etdirməyə hazırlaşır. "Samsung"un üzərində çalışdığı SM-W2017 modeli digəri ilə müqayisədə daha irəli səviyyəlidir. Belə ki, bu modeli sahib olduğu xüsusiyyətlərə görə Galaxy S7 adlandırırlar.

Qapaqlı Galaxy S7 olaraq dəyərləndirilir!


Phonedog tərəfindən paylaşılan məlumata görə, 4.2 inç böyüklükdə Super AMOLED ekranın yer aldığı telefon gücünü Qualcomm-un Snapdragon 820 prosessorundan və Adreno 530 qrafik vahidindən alır. 4 GB RAM ilə gələn 

Samsung Veyron, 64 GB daxili yaddaş təklif edir. Cihazın arxa kamerası 12 MP, ön kamerası isə 5 MP olmaqla, dizayn baxımından Galaxy S7-ni xatırladır. Arxa tərəfində həmçinin barmaq izi sensoru olan Samsung Veyron telefonu Samsung Pay ödəmə texnologiyasını dəstəkləyir.