main-post-cover

    "Samsung", Youtube-dakı Note 7 partlayan GTA 5 videolarını sildirdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Samsung”, Note 7 ilə bağlı yaşadığı məyusluğu aradan qaldırmaq üçün əlindən gələni əsirgəmir. Şirkət hətta Galaxy Note 7 istifadəçilərinə ödəniş edərək iPhone-a keçid etməklərinin qarşısını almaq istəyirdi.
    Oktyabrda Note 7-ni partlayıcı kimi istifadə edən GTA 5 oyunu heç də "Samsung”un xoşuna gəlməyib. Belə ki, oyun silah maqazinindən partladıcı əvəzi təklif olunan Galaxy Note 7 almaqla başlayır. Daha sonra virtual oyun qəhrəmanı küçəyə çıxaraq onu öz düşmənlərinə qarşı partladıcı kimi istifadə edir.

    Təbii ki, bu zarafatı "Samsung" xoş qarşılaya bilməzdi. Ən azından bu hal şirkətin gələcək nüfuzu üçün xoşagəlməz sayılır. "Samsung”un tələbindən sonra YouTube həmin oyununun Note 7-yə aid videosunu bloklayaraq, "Samsung Electronics America-nın müəllif hüquqlarını pozduğu üçün artıq aktiv deyil”kimi ifadə yer alıb.

    Smartfonu partladıcı kimi istifadə etmək nə kimi müəllif hüququnu pozur deyə bilmərik, amma Windows Vista, Apple Maps kimi Galaxy Note 7 də "Samsung” tarixində mənfi iz qoydu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər