"Samsung"a bir zərbə daha:Bu dəfə Samsung Galaxy Note 2 alovlandı

554

Galaxy Note 7-nin partlaması artıq heç kimi təəccübləndirməsə də, bu dəfə problem Galaxy Note 2-də ortaya çıxdı

"Samsung"un başı bəladan əksik olmur. Son zamanlar Galaxy Note 7-nin partlama xəbərləri şirkətin nüfuzuna yetərincə zərbə vurmuşdu. Bu dəfə isə "Samsung"un digər bir modeli olan Galaxy Note 2-nin partlaması haqda xəbərlər hər kəsin marağına səbəb olub. Belə ki, Hindistanın Çennai bölgəsindən Sinqapura yola düşən təyyarənin yük hissəsində anidən Galaxy Note 2 telefonu alov alıb. Xoşbəxtlikdən təyyarə işçiləri vəziyyəti tez nəzarət altına alıb və təyyarə heç bir ziyan görmədən eniş edib.

Cihazın birdən alovlanma səbəbi hələki bəlli deyil. "Samsung" şirkəti isə hadisə ilə bağlı açıqlama etməyə hazırlaşır. Bundan əlavə Hindistan Hava Yollarının bütün Galaxy Note modellərinə qadağa qoyması gözlənilir.