"Samsung"dan "S-Pen"li yeni planşet gəlir!

193

"Samsung"un bir müddətdir danışılan, S-Pen qələmə sahib yeni planşeti Galaxy Tab A(2016) məlumatları sızdırıldı. "Technote.az" olaraq yeni planşetin detallarını sizə təqdim edirik.

 
"Samsung"un bir müddətdir müxtəlif sızıntılarla gündəmə gələn, S Pen qələminə sahib olacaq Galaxy Tab A (2016)-nın şəkilləri və bütün texniki parametrləri sızdırıldı.  

10.1 inç böyüklüyündə bir ekranla gələcək olan Galaxy Tab A (2016), gücünü 1.6 GHZ sürəti ilə işləyən Exynos 7870-dən alacaq. 2 GB RAM-ın yer verildiyi planşetdə əlavə microSD kart ilə artırıla bilən 16 GB daxili yaddaş mövcud olacaq. 7.300 mAh batareya ilə gələcək olan planşetin ən müsbət tərəfi isə S Pen olacaq. 

Galaxy Note 7 ilə birlikdə S Pen qələmində yenilik edən "Samsung", ən yeni S Pen qələmini Galaxy Tab A (2016) modelində də istifadə edəcək. 10.1 inç böyüklüyündəki ekranda yeni S Pen qələm ilə edə biləcəkləriniz tamamilə sizin xəyal gücünüzə bağlıdır. Olduqca gözəl görünüşü olan yeni planşetin çıxış tarixi və qiyməti hələki məlum deyil.