"Samsung"la "HP" arasında 1 milyard dollarlıq anlaşma

374

"Samsung", printer bölümünün hamısını başqa bir texnologiya nəhəngi olan "HP"yə satdı. Şirkət etdiyi açıqlamada özünə məxsus çap maşınları, printer bölümünü 1 milyard dollar qarşılığında HP-yə satdığını açıqladı. 55 milyard dollarlıq bu bazarda HP-nin yeniliklər edəcəyi gözlənilir. Printer sektoru üçün bu qiymət heç də az deyil. Bundan əlavə Samsung-un 6000 işçisi HP-nin tərkibinə transfer oldu. Anlaşmadan sonra da "Samsung" markalı printerlər Cənubi Koreyada satılmağa davam etsə də, bu çap maşınlarının qaynağı "HP" olaraq qalacaq. Keçən illə nisbətdə 14% dəyərində azalma olan printer sektorunun yenidən canlanması gözlənilir. Bu satın alınmanın nə dərəcədə uğurlu olacağını demək çətindir.Amma 3D printerlərə olan tələbin və marağın artdığını nəzərə alsaq, uğurlu olacağına ümid etmək olar.