main-post-cover

    "Samsung"un ofisinə polislər basqın etdilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya nəhəngi "Samsung"un ofisinə məhkəmə əmri ilə basqın edildi. Cənubi Koreyadakı böyük skandalın cinayət işi davam edərkən, hadisədən təsirlənən bir şirkət də "Samsung" oldu.

    BBC tərəfindən dünyaya elan edilən "Samsung"a basqın, böyük əks-səda doğurarkən, vəzifəlilər bu basqını təsdiqlədilər. Cənubi Koreya prezidenti Park Geun-hye haqqında başladılan cinayət işlərinin ucu "Samsung"a da toxundu. Hakimlər "Samsung"un Cənubi Koreyadakı ofisinə basqın düzənlədilər.
     

    Əlaqədar şəxslər, Prezidentin dostu olan Choi Soon-sil və onun qızına külli miqdarda pul köçürdüyü səbəbi ilə, cinayət işini "Samsung" ofisinə daşıdılar.
    Bəs, Cənubi Koreyada həftələrdir davam edən və ən sonunda "Samsung"un belə daxil olduğu bu hadisə nəyi əhatə edir?
    Hakimlərin iddialarına görə "Samsung", Choinin qızının Almaniyadakı atçılıq kursuna maddi olaraq dəstək göstərir. Buna görə də Choi və qızının sahib olduğu şirkətə tam 2.8 milyon avro investisiya edib. 
    Əlbəttə bu basqınlardan tək təsirlənən "Samsung"un ofisi olmadı. Hakimlər eyni sırada Koreya Çaparlıq Federasiyası və Koreya Atçılıq Birliyinin də ofislərinə getdilər.
    Təriqət lideri olan Choinin atası həm keçmiş həm də indiki prezidenti idarə etməklə günahlandırılır. Choi isə Cənubi Koreya dövlət rəhbərini təsiri altında buraxaraq şirkətləri, öz şirkətinə pul yatırmaq mövzusunda təsir altında saxlayırdı.

    Baxaq görək bu skandalın ucu daha başqa hansı şirkətlərə toxunacaq?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər