main-post-cover

    "Samsung"un yeni model qatlana bilən telefonları 2017-ci ildə təqdim oluna bilər

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov
    "Samsung”, Note ilə bağlı yaşadığı problemlərdən sonra öz istifadəçilərini qatlana bilən telefonlarla təəccübləndirə bilər.
    Bildiyiniz kimi Galaxy Note 7 xəbərlərindən sonra "Samsung” çox böyük itkilər yaşadı. Belə olan halda isə "Samsung”un edəcəyi yenilik bir çox istifadəçiləri sevindirə bilər.

    Məşhur Hollandiya texnologiya saytı olan Galaxyclub.nl, "Samsung”un yeni patent almaq üçün müraciət ünvanlandığını bildirib. Artıq uzun zamandan bəri "Samsung"un qatlana bilən telefon konsepti üzərində xəbərlər gəlməkdə idi və belə güman olunur ki, patent müraciəti də məhz buna görədir.

    Koreyalı xəbər saytı olan Korea Herald-ın, "Samsung”un yeni konsept telefonları haqda xəbər paylaşması bu iddiaları təstiqləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər