main-post-cover

    "Samsung"un Yeni Qapaqlı Android Telefonunun Görüntüləri Ortaya Çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”un klassik telefon sevənlərə xitabən hazırladığı Galaxy Folder 2 telefonunun şəkilləri internetdə paylaşıldı.

    Hazırda geniş ekranlı, yüksək performanslı telefonlar dəb halını almışkən, bundan bir müddət əvvəl qapaqlı telefonlar çox insan tərəfindən sevilirdi. O vaxtlar gənclərin də sevdiyi bu qapaqlı modellər, artıq yerini geniş ekranlara təhvil verməsinə baxmayaraq, günümüzdədə orta yaşlı istifadəçilər tərəfindən sevilməyə davam edir. Hələ də bu tərz telefonlara üstünlük verən, yeni telefonlara alışa bilməyən şəxslər üçün qapaqlı telefon istehsal etməyə davam edən "Samsung”, Folder adını verdiyi bu modeli yeniləyir.
    Yuxarıda görə biləcəyiniz kimi yaxşı görkəmli olacaq Galaxy Folder 2, FCC-dən təsdiq alarkən 2.000 mAh batareyaya sahib olacağı ortaya çıxmışdı. Təxminlərə görə 3.8 inç ekran, 1.4 GHz-lik Quallcomm prosessor, 2GB RAM və 8GB yaddaş sahəsinə malik olacaq olan Samsung Galaxy Folder 2, 8MP arxa və 5MP ön kameraya sahib olacaq.
    Android 6.0.1 Marshmallow əməliyyat sistemini istifadə edəcək cihazda, microSD kart istifadəsi də mümkün olacaq. Təxminən 250 Dollar kimi olduqca uyğun qiymətə satışa çıxarılacağı düşünülən telefon, hər yaşdan smartfon istifadəçilərinin diqqətini cəlb edə biləcək kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər