main-post-cover

    "Samsung"un yeni qapaqlı telefonunun qiyməti 3000$ olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”un çoxdan hamı tərəfindən gözlənən qapaqlı modeli haqda rəsmi məlumat açıqlandı. Amma çox sevinməyin, çünki telefonun qiyməti sizin cibinizə görə olmaya bilər.

    "Samsung”un son günlər qapaqlı modeli haqda məlumatlar bir çoxlarının diqqətini cəlb edib. Belə ki, kod adı Veyron olan cihazın sadəcə Çində satışa çıxarılacağı bildirilir. Şirkətin belə addım atması isə çox maraqla qarşılanıb. Amma cihazın qiymətini bildikdən sonra niyə belə addım atmasını təsəvvür etmək çətin deyil. Belə ki, cihazın qiyməti SamMobile-ın təxminlərinə görə 3000$ olması gözlənilir. Şirkət ilk olaraq Çində satışı təşkil etməklə yeni qapaqlı modelə olan marağın nə dərəcədə olmasını test etmək istəyir. Təbii ki, bu da tam olaraq təstiqlənmiş məlumat deyil.

    3000$-lıq W2017 modeli haqda ilkin məlumatlarda cihazın bütünlüklə metal korpus, iki ədəd 4.2 inç HD Super AMOLED ekran, Snapdragon 820 prosessora sahib olacağı bildirir. Bundan əlavə cihaz 4 GB RAM və 64 GB daxili yaddaşla təchiz olunacaq. Yeni modelin arxa kamerası 13 MPön kamerası 5 MP təşkil edəcək. Bundan əlavə cihazın batareyası 3000 mAh gücündə olacaq.
    Doğrusu yeni modelin qapaq hissəsindən başqa qeyri-adi heç bir fərqliliyi yoxdur. Amma keçmiş görüntü ilə yeni funksionallığın birləşməsi bu qiyməti ortaya çıxarmış ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər