"SAP", "Altiscale"ı aldı

112

Bir müddət əvvəl "Altiscale"in "SAP" tərəfindən alınacağı haqda məlumatlar bu sahədə fəaliyyət göstərən hər kəsin diqqətini cəlb etmişdi. Təqribən bir ay əvvəl hər iki şirkət satın alınma xəbərini təstiqlədi.


"Big data as a servis” startapı olan "Altiscale" şirkətlərə bulud əsaslı olaraq başlıca məlumat saxlama, idarəetmə və analiz xidmətləri təklif edir. İnvestorları arasında Accel Partners, General Catalyst PartnersSequoia Capital kimi məşhur yatırım fondları olan şirkət öz sahəsindəki ən uğurlu xidmətlərdən biri olaraq bilinirdi.

SAP və Altiscale satın alınma həcmi ilə əlaqədar açıqlama etməzdən əvvəl bu rəqəmin təqribən 125 milyon dollar təşkil etdiyi bildirilirdi. Texnologiyasını "SAP" ilə inteqrasiya edəcək "Altiscale" bundan əlavə istifadəçilərə də xidmət edəcəyini açıqlayıb.