Şaxta Babanın varlığı, Eynşteynin nisbilik nəzəriyyəsi vasitəsilə sübut olundu

217

Britaniyalı mütəxəssis, maraqlı nəzəriyyəni təqdim edib.

Belə ki, o, Şaxta Babanın bir gecədə dünyanın bütün uşaqlarına hədiyyələri, heç kimin gözünə görünmədən necə çatdırdığını açıqlayıb. Fizik Katy Sheen, Şaxta Babanın gözə görünmədən sakit şəkildə hərəkət etməsini, Albert Eynşteynin 1905-ci ildə ərsəyə gətirdiyi xüsusi nisbilik nəzəriyyəsi vasitəsilə izah edib. Belə ki, yüksək sürətlə hərəkəti hesabına Şaxta Baba, öz bədən ölçüsünü kiçildə bilir. Beləliklə o, evin bacasından daxil ola bilir və uşaqlara Yeni il hədiyyələri bəxş edir. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən Katy hesabayıb ki, o, saatda  10 milyon km sürətlə hərəkət edərək dünyanın bütün uşaqlarına hədiyyə paylamağı bacarır. Məhz bu səbəbdən onu görmək qeyri-mümkündür. Yüksək sürət zamanı yaranan Dopler effekti sayəsində isə onu eşitmək olmur. Katy ümid edir ki, bu nəzəriyyə, uşaqları ilhamlandıracaq və onların Şaxta Babaya inamlarında şübhə yaratmayacaq. Bu qeyri-adi nəzəriyyəsini Katy heç bir elmi jurnalda dərc etməyi planlaşdırmır.