main-post-cover

    Saxta kitablar sataraq 3 milyon dollar gəlir əldə edən startapçı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Kanadanın Vankuver şəhərində yaşayan proqramçı Valeri Şerşnyov-un saxta işinin üstü açılıb.

    Belə ki, Valeri Amazon saytında saxta kitablar sataraq 3 milyon dollar vəsait qazanıb. Saxtakarlığın üstü Valeri-nin Microsoft Azure-da olan serverinin sındırılması nəticəsində açılıb. Məlumata əsasən Valeri həmin serverə şifrə qoymağı unudub. Serverdə məişət mövzularına aid aşağı keyfiyyətli (bir çox orfoqrafik və qrammatik səhvlərlə) 1453 elektron kitab aşkar edilmişdir. Həmin kitabları Valeri Amazon-da mövcud olmayan müəllif adları ilə saxta istifadəçilərdən istifadə edərək satırdı. "Technote.az”ın "Zdnet.com”a istinadən verdiyi xəbərə əsasən Amazon-da 84.000 saxta hesabın yaradılması üçün o, qəliz bot, skriptvirtual server sxemlərindən istifadə edib. Həmin saxta hesablar isə kitabları yüksək reytinq ilə təmin edirdi.
    Satılmış saxta kitablardan biri
    Botların aktivliyi nəticəsində kitablar Amazon reytinqində yüksək yerləri tuturdular. İstifadəçilər isə onlara fikir verib kitabları alırdılar. Əgər Amazon alqoritmləri hansısa kitabı və ya müəllifi pozurdusa Valeri onları yenidən digər hesablar vasitəsilə Amazon-a yükləyə bilirdi. Məlumata əsasən Şerşnyov daha əvvəl 10 il ərzində "Microsoft” da daxil olmaqla bir neçə şirkətdə proqram təminatı istehsalı sahəsində çalışıb. Daha sonra isə öz Alteroxity adlı startapını qurub. Startap istifadəçinin adından kitab yaradılması xidmətini təklif edirdi. Şirkət kitab yazılmasını, ona uyğun üz qabığının hazırlanmasını və Amazon-da yerləşdirilməsini öz boynuna götürürdü. Şirkətin rəsmi olaraq fəaliyyətdə olmasına baxmayaraq o, iki il ərzində satış royaltilərindən gəlir əldə edirdi. Şerşnyov-un sxemi Amazon qaydalarına zidd olsa da, qanunvericilik baxımından cinayət hesab olunmur. Bir neçə saatdan sonra Şerşnyov-a bu hadisə ilə bağlı suallarla müraciət edildikdə o, serverlərini və Alteroxity saytını dayandırdı. Həmçinin öz TwitterLinkedIn hesablarını pozdu. Amazon isə Şerşnyov tərəfindən satışa qoyulmuş bütün kitabları pozduğunu bildirib.
    Linki kopyala