main-post-cover

    Şəkil şəkməyi sevənlər üçün maraqlı ixtira-Blincam

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Əgər Google Glass ilə göz qırpma ilə şəkil çəkmə ideyası sona çatdığını düşünürsünüzsə, onda yanılırsınız. Yeni cihaz olan Blincam bu ideyanı yenidən canlandırıb

    Eynəyə bərkidilmiş kiçik kamera göz qırpmasına qarşı həssasdır və siz adi bir göz qırpması ilə istədiyiniz şəkli çəkə bilərsiniz. Burda göz qırpmasından daha çox göz vurmaq ifadəsi uyğun gəlir.
     
     
    Cihaz hələ də inkişaf mərhələsindədir. Amma bəzi xüsusiyyətləri artıq açıqlanıb. Qiyməti isə təqribən 185$ təşkil edir. Cihazın 2017-ci ildə satışa çıxması gözlənilir.
    Şəkil çəkmək üçün sadəcə göz qırpmanız kifayətdir. İstehsalçılar bunu ən kiçik və ən tez kamera adlandırırlar. Bu yenilik şəkil çəkənlər üçün əvəzedilməz vasitə hesab oluna bilər. Çünki bu kiçik kameranı sadəcə eynəyə yerləşdirməklə istədiyiniz anınızı xatirəyə çevirə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər