Selfi çubuqlarını unudun. "Coca-Cola", butulkalar üçün selfi cihazını təqdim etdi

535

İsraildə keçirilmiş Summer Love tədbiri çərçivəsində "Coca-Cola” şirkəti butulkalar üçün nəzərdə tutulmuş Selfie Bottle adlı xüsusi kameranı təqdim edib.

İstehsalçının sözlərinə əsasən bu, "dünyada ilk selfi butulkasıdır”. Adından da göründüyü kimi bu cihaz vasitəsilə butulkadan içki içən zaman selfi fotoların çəkilməsini təmin edir. Selfie Bootle yarım litrlik Coca-Cola butulkaları üçün nəzərdə tutulub və butulkanı 70 dərəcə əydikdə cihaz özü avtomatik olaraq fotonu çəkir. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən istifadəçi istədikdə həmin fotonu USB qoşulma vasitəsilə PC-ə köçürə bilər. Şirkətin ideyası partilər zamanı istifadəçilərin Facebook, SnapchatInstagram kimi sosial şəbəkələrə daha çox foto yerləşdirməkləridir. Bu ideya ən azından Summer Love tədbirində yarayıb. Qeyd etmək lazımdır ki, cihazı "Gefen Team” adlı İsrail şirkəti yaradıb. Bu cihazın kütləvi miqyasda istehsal olunub-olunmayacağı hələki bilinmir.