Selfi fotolar üçün AirSelfie adlı cib dronu (VİDEO)

229

Selfi çəkməyi sevənlər üçün yeni cihaz təqdim olunub.

Selfi çəkməyi sevən, lakin eyni rakurslardan çəkilmiş fotolardan bezən istifadəçilər üçün italiyalı developerlər selfi üçün AirSelfie adlı cib dronunu yaradıb. 5 MP-lik kameraya sahib kiçik cib dronu 3 dəqiqəlik uçuşu təmin edən 260 mAh enerji tutumlu batareya ilə təchiz olunub. "Technote.az"ın "Igate.ru"a istinadən verdiyi xəbərə əsasən dron 20 metrlik hündürlüyə qədər qalxa bilir. Uçuşun və drondakı kameranın idarəolunması xüsusi mobil tətbiq vasitəsilə reallaşdırılır. Həmçinin mobil tətbiqdə dronun iş rejimini də seçmək olar. Məsələn selfi rejimində dron öz sahibini izləyir. Sözügedən selfi dronunu Kickstarterplatformasından 179 avro qiymətinə əldə etmək olar.