Selfie ilə ödəniş dövrü başladı

273

Mastercard, 2016-nın ikinci yarısında, Selfie Pay adını verdiyi, biometrik idarə prosesli bir ödəniş texnologiyasını təqdim etmişdi.

Bu sistemdə, istifadəçi mobil cihazdan bir ödənişə təsdiq verərkən, telefonun ön kamerasından istifadəçinin üzünün şəkli çəkilir və sistem bu şəkili üz tanıma texnologiyası ilə analiz edərək, telefonun sahibi tərəfindən tutulub tutulmadığını təyin edirdi.

Selfie Çək, Kimliyini Təsdiqlə

Avropada bir çox ölkədə sınaqdan keçirilməyə başlayan system indi Uzaq Şərqə də çatdı.

 

MastercardSinqapurda da Selfie Pay sistemini istifadəyə verəcəyini açıqladı. Lakin hələlik bir dəqiq bir tarix açıqlanmayıb. Sistemin Sinqapurda əvvəlcə test mərhələsindən çıxması və daha sonra geniş istifadəyə açılması gözlənilir.

Şirkət, Selfie Pay sistemini daha əvvəl də Latın Amerikada istifadəyə verəcəyini elan etmişdi. Beləcə Mastercardın üz tanıma texnologiyalı yeni ödəniş sistemi, bir neçə ay içində dünyanın böyük bir hissəsinə çatmış oldu.