Səsyazmalar üçün Photoshop, "Adobe VoCo"

541

Adobe, "Səsyazmalar üçün Photoshop" şüarı ilə VoCo adında yeni bir proqramını təqdim etdi. Artıq dostlarınıza hazırlayacağınız zarafatlarda istədiyiniz hər şeyi dedirtə biləcəksiniz.

Photoshop ilə vizual dəyişikliklər sahəsində bir nömrə olan Adobe, indi də səs dəyişdirmək barədə praktiki və çox seçiləcək bir tətbiq ilə ortaya çıxdı. 
VoCo adlı yeni tətbiq, səs faylları üçün çox çeşidli dəyişiklik etmək vasitələri təklif edərək, bir insanın  kifayət qədər uzun səsyazması olduğunda, mətin olaraq yazılan hər sözü insanın səsindən danışığa çevirə bilir.
Adobe, öz proqramı VoCo-nu əslində "səsyazmalar üçün Photoshop" şüarı ilə təqdim edir. 
Şirkət yeni proqramın xüsusilə podcast və video blog dünyasında böyük əks-səda oyandıracağını düşünür. VBloggerlərin, danışanın görüntüsünün olmadığı arxa plan danışıqlarında, bu yeni proqram vasitəsilə dəyişiklik edə bilmələri mümkündür.

VoCo hələki bazara təqdim edilməyib və Adobe, məhsulu təqdim etməsinə baxmayaraq hələki üzərində işlər apardığının və onu inkişaf etdirməyə davam etdiyini vurğulayır.

Sosial Mediada dostlarının danışıqlarını dəyişdirib montaj etmək istəyənlər VoCo-nun təqdimat günü üçün bir qədər gözləməli olacaqlar. Ancaq bir gün öz səsinizdən heç etmədiyiniz bir danışıq eşitsəniz, bunun VoCo ilə hazırlanmış ola biləcəyi ağlınızda olsun.