Sevdiyi insana görə Marsa getməkdən imtina etdi

717

Pietro Aliprandi Mars One proqramına dəvət almasına baxmayaraq təklifi rədd etmək məcburiyyətində qalıb

Mərkəzi Hollandiya olan Mars One, insanların Marsda koloniyalaşması üçün təqdim olunan layihədir. İlk insansız enişləri 2020 və 2022-ci illərdə olması planlanan layihədə, insanlı uçuşların 2026-cı ildə seçilmiş 100 nəfər ilə başlaması planlanır. Toplam 200.000 nəfərin müraciət etdiyi layihədə italiyalı Pietro Aliprandi da seçilmişdi. Amma gənc adam sevdiyi xanıma görə sonradan bu layihədə iştirak etməkdən imtina edib. Müraciət edən hər 2.000 nəfərdən biri olan bu gənc sevdiyi insanı dünyada yalnız buraxmaq istəmədiyini bildirib. Sevdiyi insana görə ən böyük xəyalına əlvida edən gənc adam sevgilisinə görə Dünyanı Marsdan üstün tutduğunu bildirib. Ümid edirik ki, Pietro ilə sevdiyi xanımın sevgiləri onun əl çəkdiyi xəyaldan daha böyük olar.