main-post-cover

    Sevgililərinə aldırdığı iPhone 7 telefonlarını sataraq özünə ev aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çində yaşayan Şiaoli adlı qadın çox maraqlı addım atıb. Belə ki, o, özünə ev alıb. Ev almaq normal sayılsa da maraqlı olan onun evi alma üsuludur. Belə ki, o, 20 oğlan dostuna iPhone 7 aldırıb və sonra onları sataraq əldə etdiyi pulla özünə ev alıb.

    Bu haqda məlumatı Çinin sosial media şəbəkəsi Weibo yayımlayıb. Belə ki, adı gedən xanımın ailəsinin maddi vəziyyəti o qədər də yaxşı olmayıb. Şiaoli görüşdüyü 20 oğlan dostundan ona iPhone 7almasını istəyib və sonra bu telefonların hamısını bir şirkətə satıb. Əldə etdiyi pulla ev alan xanımın bu vəziyyətinin ortaya çıxmasının səbəbkarı isə onun iş yoldaşı olub.
     
    Çinin sosial şəbəkəsi olan Weibo-da xəbər paylaşıldıqdan sonra çox maraqlı rəylər öz yerini alıb. Hətta bəziləri xanıma müraciət edərək bu yolu ona da öyrətmələrini istəyiblər.
    Yəni burdan bir nəticəyə gəlmək olar: Qadın böyük qüvvədir.
    Linki kopyala