main-post-cover

    “Sevgilinizdən ayrıla bilmirsiniz? Biz sizi ayırarıq!” – deyən startap

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Sevgililərindən ayrılmaqda çətinlik çəkənlər üçün xarici bazarda diqqətimizi çəkən bir startap var: The Breakup Shop
    10 $-a sizin üçün bir ayrılıq sms-i və ya e-maili hazırlayan The Breakup Shop, istəyinizə uyğun olaraq 20 $-a ətraflı ayrılıq məktubu da hazırlayır.
    Alternativ olaraq 29 $-dan başlayan qiymətlərlə siz, zəng ilə ayrılıq xəbərinizi verə biləcək bir "Qəlb qırıcı” (heartbreaker) ismarıc əldə edə bilərsiniz. The Breakup Shop-a ayrılıq planınızdan bir neçə gün əvvəl xəbər verməlisiniz. Ya da təcili verilən bir qərardırsa biraz daha çox ödəniş etməlisiniz.
    Təbii ki, seçimlər arasında 80 $-lıq Breakup Hədiyyə Paketi-də yer alır.
    Payız aylarında əlavə ediləcək yeni funksiya vasitəsilə siz, The Breakup Shop-da öz ayrılıq məktublarınızı, səs yazmalarınızı və ya videolarınızı yerləşdirərək, digər istifadəçilərə sata və gəlir əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər