main-post-cover

    Sevgilinizdən ayrılmısınız? Onda bu tətbiq sizə kömək edəcək

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkətinin keçmiş əməkdaşı Ellen Huerta, sevgilisindən yeni ayrılmış insanlar üçün Mend adlı tətbiq hazırlayıb.

    Bu servis, insanlara çətin vaxtları keçmək də kömək edir. İdeya baxımından tətbiq, ayrılıqdan sonra baş verən klassik səhvləri etməmək üçün nəzərdə tutulmuş şəxsi məşqçidir. Mend sadəcə bir tətbiq deyil. O həmdə sevgilisindən ayrılmış insanlar üçün bir sosial şəbəkədir. Servis, istifadəçinin cinsini və onun keçmiş partnyorunu təyin etmir. Bu baxımdan o həm kişilər, həmdə qadınlar üçün nəzərdə tutulub. Tətbiqi işə salan zaman servis, istifadəçini xüsusi çətin anlarda psixoloji məsləhət alması barədə xəbərdarlıq edir. Mend-i istifadə edən zaman servis, istifadəçidən ayrılıq tarixini və bu ayrılığın istifadəçinin gündəlik həyatına necə təsir göstərdiyini soruşur. Bütün məlumatlar əldə olunandan sonra tətbiq, Elle adlı, şəxsi məşqçi ilə ilk seansı keçmək təklifini edəcək. Ellen Huerta-nın səsinə sahib olan virtual məşqçi, istifadəçini sakitləşdirməyə çalışacaq və həyatın bu çətin anını onunla birlikdə keçəcəyini bildirəcək. İlk başda virtual məşqçi, bir neçə suallar verir.
    "Keçmiş partnyorunuz ilə olan ismarıcları yenidən oxuyursunuzmu?, "Keçmiş partnyorunuzu sosial şəbəkələrdə izləyirsinizmi?”. Əgər istifadəçi bu suallara müsbət cavab verərsə onda virtual məşqçi, istifadəçini sakitləşdirib, bu halın tamamilə normal olduğunu söyləyəcək. Daha sonra sistem, sizdən boş zamanınızı necə keçirtdiyinizi, dostlarınızla ünsiyyət vəziyyətini və cinsi həyatınız barədə suallar verəcək. Konkret vəziyyətdən asılı olaraq virtual məşqçi, istifadəçiyə mütəmadi məsləhətlər verəck. Servis, istifadəçi tərəfindən daxil edilmiş bütün məlumatları saxlayır və lazım gəldikdə ona keçirilmiş bütün seansların tarixçəsini göstərir. Bundan əlavə olaraq servisdə digər istifadəçilər tərəfindən də kömək və məsləhətlər almaq olar. Tətbiq pulsuz olaraq iOS sistemi üçün təqdim olunub. İlk həftəni pulsuz test rejimində keçdikdən sonra tətbiq, istifadəçidən abunəliyə görə müəyyən miqdarda ödəmə tələb edəcək. Tətbiqi burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər