main-post-cover

    Sevgilisi ilə danışmağa mövzu tapmayanlara "Messenger"dən çarə

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, Messenger-də yeni funksiyasının test mərhələsini həyata keçirir.

    TechCruch-dan verilən məlumata görə, bəzi istifadəçilərin Messenger-də əlaqə saxladıqları şəxslərlə danışmaqları üçün müəyyən mövzular təklif edən məlumatlar yer almağa başlayıb. Mövzular əsasən istifadəçinin maraqlarına uyğun olaraq seçilir.
    Belə ki, bu mövzuları Facebook, istifadəçinin son aktivlik səviyyəsini analiz edərək təqdim edir. Məsələn, qarşı tərəfin getdiyi yerlər, son zamanlar dinlədiyi mahnılar və s. bunlara aid olunan mövzuların bir qismidir.

    Bu yolla Facebook öz istifadəçilərini daha çox sosial şəbəkədə vaxt keçirmələrinə nail olmaq istəyir.
    Qeyd edək ki, Facebook artıq bu funksiyanı iOS platforması üçün oktyabrdan həyata keçirməyə başlayıb. Facebook-un bu yeniliyinin daha qlobal hal alması haqda hələki, məlumat mövcud deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər