Sevilən İnsanın Ruhuna Mesaj Daşıdığına İnanılan Nəhəng Çərpələnglər

149

​Əzizlər Günündə Quatemala səmalarında süzülən nəhəng çərpələnglər, bölgə əhalisinin cənnətdəki yaxınlarının ruhuna çatdırmaq istədikləri mesajları daşıyır.

Əzizlər (Müqəddəslər) Günü (All Saints' Day) hər il 1 Noyabrda bir Katolik bayramı olaraq keçirilir. Bayram bilinən və bilinməyən bütün müqəddəsləri yad etmək məqsədi daşıyır. 
Dünyanın hər yerində keçirilən bayram tədbirləri arasında Quatemalanın Santiago Sacatepéquez şəhərində keçirilən mərasimlər olduqca diqqət çəkicidir. Bölgə əhalisi tərəfindən düzəldilən detallarla təchiz edilmiş, göstərişli və qarışıq naxışlı çərpələnglər, bölgədəki məzarlıqlar üzərində uçurdulur. İnsanlar, çərpələnglərin quyruqlarına, məzarlıqda sonsuz istirahətlərində olan sevdiklərinə özəl mesajlaş iliştirirlər. İnanca görə çərpələng nə qədər yüksəlsə, mesaj sevilən şəxsin cənnətdəki ruhuna çatmağa daha yaxın olur.
 

Rəngləri ilə göz qamaşdıran çərpələnglərin hər birin hazırlanması üçün ordu kimi izdihamlı bir komanda olmaq lazımdır. Bir çərpələngə uçması üçün ilk hərəkəti vermək üçün belə 20 nəfərin bir araya gəlməsi mütləqdir.
Çərpələnglərin hazırlanmasında düyü, bambuk və toxunma parçalar istifadə edilir.
100 ildən çoxdur davam edən ənənənin keçmişə doğru izi təqib edildiyində, köklərinin qədim Maya mədəniyyətinə qədər gedib çıxdığı iddia edilir.