main-post-cover

    Səyahət zamanı ortaya çıxan və milyardlar qazandıran layihələr

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Səyahət etmək yaxşıdır. Amma bu səyahət insana dincəlməkdən başqa gələcək üçün yeni planlar da verirsə, onda əvəz olunmazdır. Bu məqalədə sizə səyahət edərkən milyonluq və hətta milyardlıq şirkətlər qurmuş şəxslər haqda məlumat verəcəyik.

    Howard Schultz 29 yaşında İtaliyaya səfər edib və orda İtaliya ilə bərabər oranın kofe ənənəsi ilə yaxından tanış olub. Sonra o, bu konsepti Amerikaya daşıyıb və hal-hazırda dünyanın bir çox fəaliyyət göstərən Starbucks şirkətini qurub.

    40 yaşında Tailanda səfər edən Dietrich Mateschitz "tuk-tuk” taksi sürücülərinin ayıq qalması üçün bir içki içdiklərini müşahidə edib. Bu içkini sınadıqdan sonra yatırım edib, kiçik bir şirkət açıb və bunu biznesə çevirərək onu dünya səviyyəli şirkətə çevirib. Bu şirkət isə bir çoxlarının sevimlisi olan enerji içkisi Redbull-dur.

    25 yaşında olarkən bu şəxs Mançesterdən Londona getmək qərarına gəlir amma qatara gecikir. Və sonralar yazması 5 il vaxt almış 7 hissəli roman yazır. Kitabın seriyalarının gətirdiyi gəlir 15 milyard dollar dəyərində ölçülür. Bu şəxs Harry Potter-in müəllifi J.K. Rowlingdir. Hansı ki, bir anda maddi yoxluqdan milyader olmağa qədər yüksəlib. Yəqin ki, filmdə qatarla bağlı səhnələr elə burdan qaynaqlanır.

    Steve Jobs 23 yaşında 7 aylıq Hindistana səfər edir və orda həyata keçirilən ibadətə qoşulur. Bu haqda danışarkən o, belə deyib "Həyatımda etdiyim 2 ya 3 işdən ən vacibi olub.” 
    2008-ci ildə Steve Jobs, Mark Zuckerberqə də Hindistanda keçirilən ibadətdə iştirak etməyi məsləhət görüb. Sonralar bu haqda danışan Zuckerberq, bu səyahətin ona biznes sferasında çox yardımçı olduğunu vurğulayıb.
    Elizabetg Gilbert 37 yaşında olarkən 1 illik səyahəti sırasında İtaliya, Hindistan və İndoneziyaya olan səfəri haqda kitab yazır və çox qısa zamanda kitabın 9 milyon nüsxəsi satılır. Hətta ona aid kino bir çoxlarının sevimlisinə çevrilir. Bu kitab isə insanın yaşam fəlsəfəsinə təsir edən Eat, Pray, Love kitabdır.

    Flex-N-Gate şirkətinin sahibi Shahid Khan 16 yaşında Pakistandan Amerikaya səyahət edib və gecə-gündüz xırda işlərdə çalışaraq şirkət qurub.
    30 yaşında səfərə çıxan Jeff Bezos yolda salfetlər üçün biznes plan hazırlayır. Bundan sonra isə şirkəti quraraq qısa zamada dünya səviyyəsində yuxarı pillələrə çıxarmağa nail olur. Hal-hazırda Amazon dünya e-ticarət sahəsində liderlik edən şirkətlərdən biridir.
     
    Səyahət etmək yeni mədəniyyətlər kəşf etməyə, insanların psixologiyasını analiz etməyə və ən vacibi isə yeni fürsətlərdən yararlanmağa şərait yaradır. Səyahət hara getməyindən asılı olmayaraq yaşamaq üçün stimul verən ünsürdür. Ona görə həyatdan və yaşamaqdan zövq alın.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər