Səyahətdəykən sizi izləyən, daşımağa məcbur olmadığınız Robot Çemodan yaradıldı!

247

Həm robot həm də çemodan olan Travelmate ilə tanış olun. Qulağa qəribə gələn bu maraqlı çemodan ilə bağlı detallar isə daha maraqlıdır.

Travelmate çox xüsusi bir məhsuldur çünki dünyanın ilk robot çemodanı olmaq xüsusiyyətinə sahibdir. Avtomatlaşdırılmış xüsusiyyətlərinə görə istehsalçılar Travelmate-i çemodan xüsusiyyətləri daşıyan bir robot olaraq təqdim edirlər.

Bu adi bir çemodan deyil. Onsuzda aşağıdakı videonu izlədiyinizdə də mənə haqq qazandıracaqsınız. Səyahətlərinizdə və ya bir yerə əşyalarınızı daşıyarkən bir də əlavə olaraq çemodanı özünüz ilə "sürümək” məcburiyyətində qalmayacaqsınız. Smartfonunuz ilə idarə edə biləcəyiniz çemodan, sizin verdiyiniz əmrləri hərfiyyən yerinə yetirir. Sizi iləyə bilir və bunu ətrafdakı obyektlərə, əşyalara, manelərə toxunmadan edir. Bunlar həqiqətən qəribə və bir o qədər maraq oyandırıcı xüsusiyyətlərdir. Bəlkə günümüz üçün lazımlı görünməyə bilər amma irəlidə kifayət qədər istifadə ediləcəyinə şübhə etmirik.


Indiegogo-da dəstək kampaniyası açan çemodanın ən böyük mənfi cəhəti isə qiyməti ola bilər çünki məhsul üçün istənilən qiymət biraz ürək ağrıdır. Əgər ağıllı, robot bir çemodan almaq istəyirsinizsə 399 dolları gözdən çıxartmalısınız.