main-post-cover

    Silikon Vadisi rəhbərləri nə üçün uşaqlarını texnologiyasız təhsil verən məktəblərə göndərirlər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Silikon Vadisində işləyən, gecəsi gündüzü texnologiya istehsal etmək və dünyaya təqdim etmək olan yüksək mövqeli rəhbərlər, uşaqlarını texnologiyanın qapısından belə girmədiyi məktəblərə göndərməyi üstün tuturlar.

    Son texnologiya ilə təchiz edilmiş notebooklar, iPadlər və rəqəmsal kitablar ilə təhsil verən böyük müəssisələr yerinə, təhsil materiallarının köhnə üsul təbaşir-lövhə, kağız-qələm, toxuma işi, rəngli boyalar, bəzən də palçıq olduğu "Waldorf” məktəblərini üstün görürlər. Bu məktəblərdə müəllimlər, dərsləri ənənəvi təbaşıir və qara lövhə ilə keçirlər. Şagirdlər də kağız və qələm ilə yazılanları qeyd edirlər. Yəni hazırda qlobal olaraq trend olan kompüterləşmənin tam əksinə təhsil sistemi ilə işləyən məktəblər Silikon Vadisinin rəhbər işçilərinin seçimlərində ilk pillələri tuturlar.
    New York Times qəzetindəki bir tədqiqata görə Ebay-ın texnologiya müdirlərindən tutmuş Google ilə Apple-ın rəhbərlərinə qədər, Silikon Vadisinin vacib isimləri uşaqlarını içində kompüter olmayan məktəblərə göndərməyi seçirlər.
     
    Waldorf əslində 100 illik bir təhsil sistemidir. Uşaqların sosial, emosional, zehni, ruhi və fiziki baxımdan çox tərəfli olaraq inkişaf edə bilməsini hədəfləyir. Waldorfda ibtidadi siniflərdə iPad mövcud deyil və uşaqlara texnologiya yerinə bol-bol nağıl danışılır, oyun əsaslı təhsil verilir.
    Waldorfda işləyən rəhbərlər texnologiyaya qarşı olmadıqlarını, lakin hər şey üçün uyğun bir zamanın və məkanın olduğunu müdafiə edirlər. Valideynlər də bu fəlsəfəyə qoşulurlar. Məsələn; Google-da rəhbər vəzifədə işləyən Alan Eagle-ın mövzu ilə bağlı düşüncələri belədir:
    "iPad-da yüklənmiş bir proqramın uşaqlara daha yaxşı oxuma və hesab öyrədəcəyini düşünmək belə çox gülməlidir.”
    Beşinci sinifə gedən qızının Google-u necə istifadə edəcəyini bilmədiyini, ondan biraz daha böyük olan oğlunun isə hələ yeni-yeni axtarış şəbəkəsindən istifadə etdiyini, amma bunun yerinə toxumağı bacardıqlarını, şəkillər çəkdiklərini, öz corablarını tikə bildiklərini, qayçı ya da bıçaq istifadə etmək kimi kiçik əl bacarıqlarının inkişaf etdiyini də əlavə edir. Waldorf sisteminə görə, bu əhəmiyyətsiz görünən bacarıqlar, şəxsi inkişafı dəstəkləyərək irəlidə problem həll etmək və riyaziyyat bilikləri kimi bacarıqların əsasını yaradır. Məsələn; toxuma dərsləri riyazi düşüncə sistemini gücləndirir.

    Valideynlər 3 yaşındakı uşaqlarının iPad və mouse istifadə etmək bacarıqı ilə öyünə bilərlər. Amma Eagle-a görə Google və digər axtarış şəbəkələri tətbiqləri, onsuz da zəkası ən az səviyyədə olan insanların belə rahatlıqla istifadə edə biləcəkləri qədər sadə halda təqdim edilir. Qısası uşaqların böyüdükdə "texnologiya istifadə etmək bacarıqlarından əksik qalması” deyə bir vəziyyətdən söz gedə bilməz. Bununla bərabər əsl vacib olan uşağın ədəbiyyat, riyaziyyat, təməl elmlər, əl bacarıqları, visual sənətlər və performans sənətləri kimi sahələrdə inkişaf edərək öyrənməkləridir. Və bu bacarıqları virtualda əldə etmək mümkün deyil.
    Waldorf sistemi, texnologiyasız təhsil metodları ilə ömür boyu davam edən bir öyrənmə istəyi, yaradıcılıq, şəxslər arasından daha güclü əlaqə və tənqidi düşüncə kimi bacarıqların yaradılmasını hədəfləyir. Bu yanaşmanı müdafiə edən rəhbərlər təhsil fəlsəfələrinin uğurunu şagirdlərinin sınaqlarda aldığı yüksək nəticələrlə isbatlayırlar.
    Uşağınızın komputerin qarşısına oturmağı və mouse istifadə etmə bacarığı ilə öyünməyi bir kənara buraxmaq, bunun yerinə onu tikiş, qayçı istifadə etmək, rəngli xəmirlərdən fiqurlar yaratmaq kimi daha çox zəka istifadəsi tələb edən işlər görməsi mövzusunda dəstəkləmək yaxşı bir fikir ola bilər.
    Linki kopyala