Silikon Vadisindən olan 2 nəfər milyarder kompüter simulyasiyasından çıxmağa çalışır

2310

Dünyanın bəzi varlı və nüfuzlu milyarderlərinin fikrincə bizlər kompüter simulyasiyasında yaşayırıq.

"Matrisa”nın necə çalışdığını öyrənmək və ondan kənara çıxmaq üçün onlar külli miqdarda vəsaitlər xərcləməyə hazırdırlar. Ən azından Silikon Vadisindən olan 2 nəfər milyarder bizim hal-hazırda yaşadığımız kompüter simulyasiyasından insan şüurunun kənara çıxması məqsədilə külli miqdarda vəsaitlər xərcləyirlər. Onuda qeyd etmək lazımdır ki, bizi əhatə edən ətraf mühitin real olmaması fikri yüzlərlə illərdir ki, filosofları düşündürür. Son illər ərzində insanların özlərinin, kompüter vasitəsilə virtual dünyalar yaratdığı bir dövrdə bu sual tez-tez aktual olur. Bu, IT milyardelərin "bizim bu cür simulyasiyada yaşamamağımızın şansı milyardda birə bərabərdir” demələrinə gətirib çıxartdı.

Hətta Amerika Bankının analitikləri də keçən ay bildirmişdilər ki, bizim kompüter simulyasiyasında yaşamağımız 50%-ə bərabərdir. Silikon Vadisindən olan bir çox insan bizim qəbul etdiyimiz dünyanın əslində çox qəliz və çox böyük kompüter vasitəsilə yaradıldığı fikrindən bərk-bərk yapışıblar. İki nəfər milyarder isə silmulyasiyadan çıxma işlərinə gizli olaraq investisiyalar yatırırlar. Həmin sahibkarların adları bizıə hələ də məlum deyil. Bununla yanaşı artıq bir sıra məşhur sahibkarlar bu məsələni açıq-aydın şəkildə müzakirə ediblər. Misal olaraq Elon Mask-ı (Elon Musk) göstərmək olar. Düzü onun bu barədə fikirləri ətraf mühitin total virtuallıq postulatlarından fərqlənir. Mask-ın fikrincə gələcəkdə hesablayıcı texnologiyalar o dərəcədə inkişaf edəcəklər ki, müəyyən bir anda onları bizi əhatə edən ətraf mühitdən fərqləndirmək çətin olacaq və onlar real həyatı əvəz edəcəklər.

Bu faktı nəzərə alaraq bunun artıq baş vermədiyini və bizim kainatın virtual modelində yaşamadığımız fikri haqqında düşünməyimiz üçün heç bir əsas yoxdur. Mask düşünür ki, insanlıq bunun həqiqət olacağı halda ondan qorxmamalıdır. Simulyasiya insanlığın tamamilə məhv olmayacağının bir zəmanətidir. Belə ki, bu halda simulyasiya öz mənasını itirəcək. Digər bir alim isə əmindir ki, insanlıq üçün ola biləcək ən yaxşı nəticə insan ilə texnologiyanın birləşməsidir. Burada şüurun material sərhədlərdən azad olaraq böyük "bulud” saxlanma yerinə yüklənməsi nəzərdə tutulur.