Silikon vadisinin İT milyonçuları, bunker və çoxlu silah alırlar. Səbəb nədir?

994

Silikon vadisinin İT milyoçuları, dünyanın sonuna görə yeraltı bunker, silah, güllələr və nəqliyyat vasitələri alırlar.

LinkedIn-in təsisçilərindən biri olan Reid Hoffman əmindir ki, Kaliforniya milyonçularının yarısı, aktiv şəkildə dünyanın sonuna hazırlaşır. "Mənim bir neçə motosikletim, çoxlu silahlarım, hərbi və qida ehtiyyatlarım var. Düşünürəm ki, bu ehtiyyatlar, təhlükəsizlikdə bir müddət qalmaq üçün kifayət edəcək” – deyə Reid Hoffman bildirib. "Facebook”un məhsul üzrə keçmiş meneceri Antonio Garcia Martinez, Sakit okeanda yerləşən bir adada kiçik ərazi əldə edib. "Technote.az"ın "The Independent"ə istinadən verdiyi xəbərə əsasən həmin ərazidə Martinez, ev tikərək onu bir neçə generator və günəş panelləri ilə təchiz edib və çoxlu silah alıb. Reddit portalının keçmiş baş direktoru qeyd edib ki, Silikon vadisinin top menecerlərinin hansı pullara sahib olduqlarını nəzərə alsaq onların bu cür sığınacaqlar alıb onları lazımi ehtiyyatlarla təchiz etmələri başa düşüləndir. Çox güman ki, Silikon vadisinin İT milyonçuları ən çox süni zəkadan qorxurlar. Gələcəkdə "ağıllı” cihazlar insanların iş yerlərini tuta və onlara qarşı üsyan qaldıra bilərlər.