main-post-cover

    Şimali Koreyanın məxfi planşetinin görüntüləri hackerlər tərəfindən sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ümumdünya hackerlər konqressi (Chaos Communication Congress) çərçivəsində Woolim adlı planşeti göstəriblər.

    Sözügedən planşet Şimali Koreyada istehsal olunur. Florian Grunow adlı hacker bildirib ki, planşet, Android-in təkmilləşdirilmiş versiyası üzərində çalışır və bir sıra məhdudiyyətlərə sahibdir. Hackerlər öyrəniblər ki, cihazın istehsalı ilə Çinin "Hoozo” adlı şirkəti məşğul olur. Planşetə, siyasi və təbliğatlı kitablardan istifadə qaydası barədə PDF formatında təlimatlar yüklənilmişdir. Həmçinin planşetdə rus,  çin və fransız dillərinin lüğətləri üzrə təhsil proqramları da vardır. Bundan əlavə olaraq cihaz, yerli telekanalların canlı yayımına və Şimali Koreyanın qapalı internet şəbəkəsinə qoşulmağı təmin edən tətbiqlərə sahibdir. Planşetə tətbiqlərin yazılması təhlükəsizlik sistemi vasitəsilə məhdudlaşdırılıb. Belə ki, yüklənmiş faylları işə salan zaman, sistem onların kriptoqrafik yazılarını yoxlayır.
    Linki kopyala