main-post-cover

    Siri, istifadəçilərin istəyi ilə eskort xidmətlərini təklif edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”ın səsli köməkçisi Siri ilə bağlı çox maraqlı hadisə baş verib.

    Belə ki, Siri, istifadəçilərin sorğuları nəticəsində Kanadanın Toronto şəhərindəki kiberidman barına eskort xidmətlərini sifariş edir. Metdown eSports adlı barın sahibi Elvin Akopyan-ın məlumatına əsasən ona mütəmadi olaraq naməlum insanlar zəng edirlər. Zəng edən naməlum insanlar ondan eskort xidmətlər barədə məlumatlar və onların qiymətlərini soruşurlar. İlk öncə Akopyan, bunun sadəcə olaraq telefon zarafatı olduğunu düşünüb. Lakin sonradan o öyrənib ki, bu, Siri səsli köməkçisinin bir səhvidir. Görünür, Siri, eskort sözü ilə eSport sözlərinin eyni mənanı verdiyini hesab edib. Barın sahibi, bu səhvi aradan qaldırmaq üçün "Apple” ilə əlaqə yaratmağa çalışıb. Lakin onun bu istəyi uğurla nəticələnməyib. Bununla yanaşı barın sahibi, barın telefon nömrəsini dəyişmək niyyətində deyil. Əksinə o bu səhvi, barın özəl xüsusiyyəti etmək niyyətindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər