main-post-cover

    Şirkətdə baş menecer işləyərək külli miqdarda iPhone oğurladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”ın məhsullarını istehsal edən Tayvanın "Foxconn” şirkəti, öz işçilərinə maaşları məhsullar şəklində verməsi aşkar edilməyib.

    Lakin bu, Tsay soyadlı baş menecerin şirkət zavodundan 6000-ə yaxın iPhone modelini oğurlamasına mane olmayıb. O, həmin iPhone-ları 2013-2014-cü illər ərzində oğurlamışdır. Onun düşündüyü sxem təmənnasız işləyirdi. "Technote.az”ın "Gsmarena.com”a istinadən verdiyi xəbərə əsasən cinayətkarı daxili auditdən sonra yaxalamaq mümkün olub. İstintaq məlumatlarına əsasən o, məhsulların keyfiyyətinin yoxlanıldığı test şöbəsində çalışıb. Beləliklə o, təcrübələrdən sonra iPhone 5iPhone 5s modellərinin məhv edilməməsi barəsində 8 zavodu sözə tutub. Bunun yerinə həmin cihazlar zavoddan çıxarılıb satılırmış. Məlumata əsasən 2 il ərzində bu üsulla 1 milyon yarım dollar dəyərində 5700 smartfon zavoddan oğurlanıb. Tayvan prokurorluğu "Foxconn”un keçmiş menecerini artıq ittiham edib və onu 10 il azadlıqdan məhrum olma cəzası gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər