main-post-cover

    Skyrim pərəstişkarı 80 yaşındakı nənə oyun videolarıyla YouTube-da məşhur oldu (Video)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünya daxilində geniş bir heyran kütləsinə sahib olan Skyrim, 28 Oktyabrda çıxan Special Edition ilə geri döndü. Hər kəs oyunun bu yeni versiyasını danışır. Bu qısa vaxt ərzində Skyrim heyranlığıyla məşhur olan 80 yaşındakı Shirley Curry digər pərəstişkarlarının önünə çıxmağı bacardı.

    Shirley Curry uzun  bir zamandır hazırladığı oyun videoları ilə diqqət çəkirdi. 2015-ci il İyul ayında açdığı YouTube kanalında yalnız Skyrim videoları yer alır. Davamçılarına "nəvələrim" deyə xitab edən bu nənənin indilərdə 168 min təqibçisi var. 300-dən çox videosu olan Shirley, Skyrim: Special Edition ilə oyun videolarına geri döndü. 28 Oktyabr günü əlavə xarakter testi videosu indidən 107 mindən çox adam tərəfindən seyredildi.
    Yaş maneəsinə ilişmədən geniş kütlələrə xitab edən Shirley Curry-ə qısa bir müddət əvvəl gümüş play düyməsi hədiyyə edildi. Onun videolarına kanalından baxa bilərsiniz.

     
        Polad Tağıoğlu
       Redaktor
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər