main-post-cover

    Slovakiyada dünyanın ən qədim “smaylik”i tapıldı!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Slovakiyada 17-ci əsrdən qalma bir sənədin üzərində emosiya ifadəsi olduğu iddia edilən bir şəkil tapıldı. Bu şəklin, dünyanın ən qədim emosiyası olduğu iddia edilir.

    Slovakiyadakı arxiv idarəçiləri, bu zamana qədər bilinən ən qədim emosiyanı tapdıqlarını iddia edirlər. Ölkənin Trençin qəsəbəsindəki 17-ci əsrdən qalma arxiv sənədləri üzərində kəşf edilən şəkil, gülən üz emosiyasını xatırladır.
    Mövzu haqqında bir açıqlama verən Trençin arxiv idarəsi müdürü Peter Brindza, 1635-ci ilə aid sənəddə Jan Ladislaides-in imzasının yanında gülən bir üz tapdıqlarını, ancaq simvolun tam olaraq xoşbəxt bir üz kimi olmasada, şəxsin imzaladığı sənəd üzərində məmnuniyətini dilə gətirmək üçün çəkdiyini düşündüklərini ifadə etdi.

    Yenə də şəkilin "günümüzdə olan emosiyaların atası" ifadəsindəki açıqlamalara təmkinli yanaşan Brindza, sözü gedən gülən üzün dünyanın ən qədim emosiyası olub-olmadığından əmin olmadıqlarını, amma Slovakiya-nın ən qədimlərindən biri olduğunu bildirdi.
    Bu zamana qədər bilinən ən qədim gülən üz fiqurunun Robert Herrick-in 1648-ci tarixli "To Fortune" adlı şeirində tapıldığını bildirmiş, amma bunun sonradan o dövrlərdə istifadə olunan bir tipoqrafiya xüsusiyyəti olduğunu demişdi.
    Linki kopyala